“Vətən üçün Tavuş” hərəkatının rəhbəri, hazırda Ermənistanda hökumət əleyhinə keçirilən aksiyalara liderlik edən keşiş Baqrat Qalstanyan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanla görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Qalstanyanın həmçinin digər Ermənistan rəsmiləri və keçmiş qondarma rejimin bəzi nümayəndələri ilə də müzakirə apardığı bildirilir. Məlumata görə, o, 10 gün sonra keçiriləcək tədbirdən öncə digər müxalifət nümayəndələri ilə bir araya gəlib böyük toplantıya hazırlıq görür.
Ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın ofisi isə onun Sərkisyan və Köçəryandan fərqli olaraq Baqratla görüşmədiyini açıqlayıb.
Qeyd edək ki, müxalifətin sentyabrın 22-də İrəvanda yerləşən idman-konsert kompleksində böyük toplantı keçirməsi planlaşdırılır.
Əliyar Xəlil
Globalinfo.az