Rusiya hərbi təyyarələri Litva hava məkanını pozub.
Globalinfo.az xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda “X” sosial media hesabında məlumat verib.
“Bu, beynəlxalq hüququn və Litvanın ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Avropanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi zəruridir”, – Prezident vurğulayıb.
Nauseda bildirib ki, Rusiya nümayəndələri rəsmi etiraz üçün Litva Xarici İşlər Nazirliyinə çağırılacaq.
Bundan öncə NATO Baş katibi Mark Rutte deyib ki, alyans ölkələri hava məkanını pozan Rusiya təyyarələrini ələ keçirəcək, lakin yalnız birbaşa təhlükə yaranarsa, vurmaq əmri verilə bilər.
Xatırladaq ki, oktyabrın 1-də Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış NATO ölkələrinin hava məkanını pozan hərbi təyyarələrin vurulmasına hazır olduqlarını açıqlayıb.
Tahir Turan
Globalinfo.az