Baltikdə gərginlik: Rusiya təyyarələri Finlandiyaya girib?

6d3c06dd29b9dcf6c7fbe915eeacb2ad

Finlandiya Müdafiə Nazirliyi Rusiyaya məxsus iki hərbi təyyarənin ölkənin hava məkanını pozduğundan şübhələndiklərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, nazirliyin sosial şəbəkə platforması “X” hesabında paylaşdığı məlumata görə, bu gün günorta saatlarında Porvoo şəhəri səmasında Rusiyaya aid iki hərbi təyyarənin Finlandiya hava məkanını pozduğu ehtimal edilir.

Müdafiə naziri Antti Edvard Hakkasenin açıqlamasında bildirilir ki, şübhəli hava məkanı pozuntusu ciddi qəbul edilir və məsələ ilə bağlı rəsmi araşdırmaya başlanılıb.

Aysel Əliyeva
Globalinfo.az