Saatlıda 37 yaşlı kişi faciəvi şəkildə öldü

Saatlı rayonunda balıq tutan 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə rayonun Orta Muğan kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qaranuru kənd sakini, 1987-ci il təvəllülü Səmədov Amil Müzəffər oğlu sözügedən kənd ərazisinə tilovu kanala atarkən tiliov 10 min kilovoltluq elektrik xəttinə toxunub. Nəticədə balıqçını elektrik cərəyanı vuraraq öldürüb.

Həmin əraziə balıq ovlayarkən bir neçə dəfə belə halların olduğu bildirilir.

Faktla bağlı araşırma aparılır.