1a3f1c02 aff6 37d3 87c6 72b7bf22d654

Balakəndə çay sahilində onlarla qəbir aşkarlanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, qəbirlər rayonun Katex kəndində, Katex çayının sağ sahilində kənd sakinləri tərəfindən aşkar olunub.

Sakinlərin sözlərinə görə, çayda suyun artması nəticəsində məcranın dəyişməsi bu qəbirləri aşkara çıxarıb. Ərazidə təxminən 50-60 qəbrin olduğu bildirilir. Güman edilir ki, qəbirlərdəki insanlar ötən əsrin iyirminci illərindən sonra İosif Stalinin dövründə repressiyaya məruz qalaraq məhbus həyatı yaşayıblar. Ölən insanlar isə bu ərazidə dəfn ediliblər.

Tarixçi Akif Məmmədli “Report”un yerli bürosuna bildirib ki, qəbirlərin aşkar olunduğu ərazi arasdırılmalıdır:

“Sakinlərin də dediyi kimi, burada dəfn olunan insanların represiya qurbanları olduğu ehtimal olunur. Düşünürəm ki, Katex çayının sağ sahilində arxeoloji qazıntılara ehtiyac var. Bu ərazi tariximizin izlərindən xəbər verir”.

f437b3f0 a520 39df b574 5998c5199a86 b95617c7 ffee 3c6b 9742 2a487b62eea2

Paylaş: