Balakəndə ölümlə nəticələnən dəhşətli hadisənin VİDEOSU

Fevralın 16-da saat 22 radələrində Balakəndə avtomobilin piyadanı vuraraq öldürməsinin görüntüsü yayılıb.

Globalinfo.az-ın məlumatına görə, hadisə vaxtı Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakəndən keçən 138-ci kilometrliyində Meşə Şambul kəndində yaşayan, 1991-ci il təvəllüdlü Behalov Ramazan Maham oğlunun “Mercedes E220” markalı avtomobili yüksək sürətlə idarə etdiyi və yolu keçən piyada 1970-ci il təvəllüdlü Heydərov Zəkəriyyə Arzuman oğlunu vurması əks olunub.

Nəticədə sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Malik
Globalinfo.az