Balakəndə məsciddə yanğın oldu

Balakəndə məsciddə yanğın olub.

Globalinfo.az APA-ya  istinadən xəbər verir ki, hadisə rayonun Meşəşambul kəndində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb.

Hadisə nəticəsində ibadət zalında 2 ədəd döşək, 4 ədəd yastıq və döşəmənin 12 kvadratmetrlik hissəsinin yanar konstruksiyası yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.