Balakəndə dəhşət – Ahıl kişi özünü doğrayıb öldürdü

Balakəndə 89 yaşlı kişi özünə kəsici alətlə xəsarət yetirərək intihar edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qaysa kəndində baş verib.

Kənd sakini, 1934-cü il təvəllüdlü Abdulla Ramazan oğlu Çöpsiyev yaşadığı ünvanda özünə kəsici alətlə xəsarət yetirərək intihar edib.

A. Çöpsiyevin uzun illərdir ki, yataq xəstəsi olduğu bildirilir.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.