bkbs

Bakıda 3 nömrəli marşrut avtobusunda tüstülənmənin səbəbi məlum olub.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a “Baku Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

O bildirib ki, bu gün saat 10:35-də Abay Kunanbayev küçəsində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-264 dövlət qeydiyyat nişanlı avtobusda hava şəraitinin isti keçməsi ilə əlaqədar nəqliyyat vasitəsinin arxa hissəsində, mühərrik bölməsində yerləşən yanğınsöndürmə balonu qızıb və avtomatik yanğınsöndürmə sistemi işə düşüb:

“Sərnişinlər operativ olaraq avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndiriliblər və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib”.

Bakıda “BakuBus” avtobusunda tüstülənmə olub.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.

Bildirilib ki, “BakuBus” MMC-nin balansında olan 99-JU-264 nömrə nişanlı 3 saylı marşrut avtobusunda Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində tüstülənmə olduğu üçün sürücü mənzil başına çatmamış sərnişinləri nəqliyyat vasitəsindən endirib.

Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu verilib.

Sözügedən hadisənin görüntüsünü təqdim edirik:

 

View this post on Instagram

 

A post shared by Oxu.Az (@oxuaz)

Paylaş: