Bakıya toxunmayın, Təbriz məhv edər – Güneydən İrana xəbərdarlıq

İranın Bakıya qarşı qeyri-səmimi mövqeyi, təhdidləri Güney Azərbaycanda narazılıqlarla qarşılaşıb.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bunu Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi deyib.

O, İran hökumətinin Azərbaycanla Ermənistan arasında olan məsələlərə müdaxiləsini pisləyib və bunun nəticələri barədə xəbərdarlıq edib:

“İran hökuməti daxili böhrandan canını qurtarmaq üçün Azərbaycan-Ermənistan arasında olan ixtilaflardan istifadə etməyə çalışır. Ancaq Tehran hökumətinin Qarabağ məsələsinə müdaxiləsi İslam Respublikasının devrilməsi ilə nəticələnə bilər. Bu sistemə son zərbəni Təbriz vuracaq”, – güneyli vəkil xəbərdarlıq edib.