Xəbər verdiyimiz kimi “Neftçi” UEFA Konfrans Liqasının 2026/27 mövsümünün II təsnifat mərhələsi çərçivəsində Belarusun “Dinamo” Minsk klubuna 2:4 hesabı ilə uduzub.
Globalinfo.az xəbər verir ki, matçda “Neftçi”nin qapısından 2 top keçirən erməni futbolçu Karen Vardanyan Bakıda jurnalistlərə açıqlama verib.
-Düşünürəm ki, komandamız xarakter göstərdi və bu, oyunun taleyini həll etdi. 0:2 geridə olanda sınmadıq.
–Oyunun belə başlayacağını gözləyirdiniz?
-Əlbəttə ki, yox. Düşünürəm, oyuna tam daxil ola bilmədik. Amma şükür ki, vəziyyəti dəyşdik və yaxşı da alındı.
-Növbəti oyunu Bolqarıstanda keçirəcəksiniz. Orada oynamaq sizə tanışdır?
-Bəli, orada ikinci oyunumuz olacaq. Amma heç kim oyundan əvvəl matçın necə keçəcəyini deyə bilməz. Çalışacağıq, mübarizə aparacağıq və ümid edirəm növbəti mərhələyə adlayacağıq.
-Rəqibi zəif görmək kimi ehtimal varmı?
-Xeyr, əsla. Bu, yaxşı futbolçuları olan güclü komandadır. Heç bir halda arxayınlıq olmayacaq. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir.
-Bu oyun karyeranızda yaddaqalan olacaq?
-Bəli, əlbəttə.
-Bu gün Bakıda qol vurmaq sizin üçün prinsipial idi?
-Xeyr, Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur. Mənim üçün bu, sadəcə çox vacib Konfrans Liqası oyunu idi. Rəqibin “Sabah” və ya başqa komanda olmasının fərqi yox idi.
-Fasilədə nə dəyişdi ki, komanda hücumda daha fəal oldu?
-Bunu baş məşqçidən soruşmaq lazımdır. O daha yaxşı izah edər.
-Növbəti oyunda da qol vuracağınıza inanırsınız?
-Əmin ola bilmərəm, amma əlimdən gələni edəcəyəm.
(Qafqazinfo)