Bakıya məktəbli forması almağa gələn ailə qəzaya düşdü: ölənlər var

Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə “Beton yol” deyilən ərazidə qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 37 yaşlı Samit Əliyev və azyaşlı övladı hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Məlumata görə, ailə məktəbli forması almaq üçün Bakıya gəlirmiş.