Lavrovun Qarabağ bəyanatı nəyi ifadə edir? – Rus politoloq

Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində Moskva, Brüssel və Vaşinqton platformaları var. Lakin Rusiya və Qərbin platformaları arasında heç bir koordinasiya yoxdur.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Skakov deyib.

“Bu platformalar həll prosesini fərqli yönlərə çəkirlər. Bundan konflikt tərəfləri, ilk növbədə, Azərbaycan istifadə etməyə çalışır. Bakı bir platformada məqsədinə çatmayacağı halda bunu digərində reallaşdırmağı arzulayır. Ermənistan üçün isə bu, danışıqlar prosesini uzadıb, zaman udmaq imkanıdır”, – o bildirib.

Skakov həmçinin Lavrovun Qarabağın statusu ilə bağlı məşhur çıxışından sonra Rusiyanın Qarabağ siyasətinin dəyişdiyini düşünməyin doğru olmadığını vurğulayıb:

“Sözsüz ki, Azərbaycanın təzyiqləri effekt verir. Bakı Qarabağın statusunun gündəmdən çıxarılmasını istəyir. Lavrov çıxışında, sadəcə, situasiyanı təsvir etdi. Əgər Ermənistan Qarabağın statusu haqqında danışmaqdan imtina edirsə, onu kim yada salacaq?”

İlkin
Globalinfo.az