Bakının məşhur hotelində həyəcanlı anlar – VİDEO

Azneft dairəsinin yaxınlığında yerləşən “Four season” hotelində həyəcanlı anlar yaşanıb.

Globalinfo.az ölkə.az-a istinadən xəbər verir ki, anidən yanğın siqnalı işə düşüb və hər kəsə hoteli tərk etmək barədə göstəriş verilib.

Hoteldə tədbir keçirilən zaman verilən xəbərdarlığa görə hər kəs zalı tərk edib.

Daha sonra isə hotelin işçiləri siqnalizasiyanın texniki nasazlıq səbəbindən işə düşdüyünü deyərək üzr istəyiblər.