Bakının mərkəzini çirkab suları basdı – VİDEO

Dünən axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu Ceyhun Hacıbəyli küçəsinin Xətai prospekti ilə kəsişdiyi ərazidə kanalizasiya xəttində qəza baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, metronun “28 May” stansiyasının yaxınlığında baş vermiş hadisə nəticəsində yolun hərəkət hissəsinə çirkab suları dolub.

Sakinlərin bildirdiklərinə görə, xeyli vaxt keçməsinə baxmayaraq, aidiyyəti qurumlar hadisə ilə maraqlanmırlar.

“Azərsu”yun mətbuat xidmətinin rəisi Anar Cəbrayılov bildirib ki, məsələ ilə bağlı aidiyyəti idarə məlumatlandırılıb: “Tərəfimizdən lazımi tədbirlər görüləcək”.