Bakının mərkəzində kafe yandı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 250m² olan kafenin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mətbəxin taxtadan ibarət arakəsmə divarı və dekor 6m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin alçıpandan ibarət tavanı 4m² sahədə yararsız hala düşüb.

Kafenin böyük hissəsi və mənzillər yanğından mühafizə olunub.