Bakının mərkəzində gecə saatlarında qadınlara hücum etdilər

Bakıda qadın quldurluq əməli ilə üzləşib.

Globalinfo.az-a verilən məlumata görə, hadisə Nəsimi rayonu Cavadxan küçəsində – Bakı metrosunun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib. Naməlum şəxs gecə saat 4 radələrində Yevlax rayon sakini, 1988-ci il təvəllüdlü S.İsmayılovaya hücum edib. O, quldurluq yolu ilə hədələməklə S.İsmayılovanın mobil telefonunu əlindən alıb.

S.İsmayılova hadisə barədə polisə məlumat verib.

Bundan başqa, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Ş.Rəsulova da polisə müraciət edərək, saat 1 radələrində Cavadxan küçəsi 3005-ci məhəllənin qarşısında naməlum şəxsin hücumuna məruz qaldığını bildirib. Şikayətçi həmin şəxsin zorla onun çantasını əlindən aldığını deyib. O, çantada 50 manat pul və sənədlərinin olduğunu qeyd edib.

Faktla bağlı Nəsimi RPİ 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Malik
Globalinfo.az