Bakının mərkəzində faciəvi hadisə: mühafizəçinin meyiti tapıldı

Bu gün saat 01 radələrində Nəsimi rayonu ərazisində meyit tapılıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Kevkəb Səfərəliyeva küçəsi 26 ünvanındakı binanın qarşısında orada mühafizəçi işləyən 1974-cü il təvəllüdlü Şükran Rəsulovun meyiti aşkar edilib.

Meyitin üzərində hər hansı zorakılıq əlaməti olmayıb. Onun hansı səbəbdən öldüyü məlum deyil.

İlkin məlumata görə, Ş.Rəsulov həmin binada yaşayırmış və yaxınlıqda mühafizəçi kimi çalışırmış.

Faktla bağlı araşdırma aparılır.

Malik
Globalinfo.az