Bakının mərkəzində BMW “Prius”u vurub aşırdı – VİDEO

Ötən gecə Bakının mərkəzində ağır yol qəzası baş verib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xətai rayonu Yusif Səfərov küçəsində BMW və “Toyota Prius” markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən “Toyota Prius” aşıb və tamamilə yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.