Bu ölkələr fələstinlilərin Qəzzadan qovulmasına qarşı çıxdı

 

İordaniya və Misir liderləri fələstinlilərin Qəzza və İordan çayının qərb sahilindən qovulmasına qarşıdır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki,  bu barədə İordaniya Kralı Abdullah və Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə keçirilən sammitdən sonra yaydıqları bəyanatda bildiriblər.

Onlar İsrailin Qəzza və İordan çayının qərb sahilindəki fələstinliləri qovmaq üçün hər hansı addımını rədd etdiklərini vurğulayıblar.

Bəyanatda hər iki lider həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət İsrailə dərhal atəşkəsə razı olması üçün təzyiq göstərməli və orada mühasirədə olan 2 milyondan çox insanın “faciəli vəziyyətini” yüngülləşdirmək üçün müharibədən əziyyət çəkən Qəzzaya kifayət qədər yardım göstərməlidir.