Bakının Ermənistandakı casusları onlardır – Camalyan ad çəkdi

“Avropalı müşahidəçilər Bakının Ermənistan daxilindəki informatorlarıdır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert David Camalyan deyib.

“Onlar bunu gizlətmirlər. Açıq şəkildə bəyan edilib ki, informasiyanı Bakı ilə bölüşürlər. Buna görə də sərhəddəki insidentlər miqyaslı xarakter daşıya bilər”, – o bildirib.

Camalyan həmçinin Ukraynadakı vəziyyətin birbaşa Ermənistan-Azərbaycan münasibətlərinə təsir etdiyini və Bakının buradakı situasiyadan istifadə edərək aktivləşdiyini vurğulayıb.

İlkin Həsənov
Globalinfo.az