Bakının dostu açıqladı: İrimiqyaslı müharibə qaçılmazdır!

“Avropa de-fakto müharibə vəziyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

“Avropa etiraf etməsə belə, müharibə vəziyyətindədir. Ona görə də Serbiya və Qərbi Balkanlarda Brüsselə lazım olan situasiyanın mövcudluğunu istəyirlər”, – o bildirib.

Serbiya lideri dünyada II Dünya müharibəsinin miqyasına yaxın həcmdə savaşın başlayacağını söyləyib. O, BMT-nin rolunun zəiflədiyini və artıq hər şeyə dünya güclərinin qərar verdiyini qeyd edib.

Xatırladaq ki, bundan öncə NATO Baş katibi Yens Stoltenberq Ukraynadakı savaşın II Dünya müharibəsindən indiyə qədər baş vermiş ən təhlükəli böhran olduğunu və burada Rusiyanın qalib gəlməsinə imkan verilməməsi gərəkdiyini bildirib.

Aqşin
Globalinfo.az