Bakının bu qəsəbəsində su olmayacaq

Sentyabrın 25-də axşam saatlarından başlayaraq və sentyabrın 26-da gün ərzində Bakının Suraxanı rayonunun Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Globalinfo.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verib.

Qeyd olunur ki, içməli suyun verilməsində fasilənin yaranması su kəmərində təmir-bərpa işlərinin aparılması ilə bağlıdır.