
Bir neçə gün öncə Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib. Sonda qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib.
Detallar bəlli olmasa da, qəzalı vəziyyətdə olan evlərlə bağlı müxtəlif suallar ortaya çıxıb. Maraqlıdır, qəzalı vəziyyətə düşmüş binalarla bağlı ölkədə əsas problemlər nələrdir?
Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, əslində, ölkədə qəzalı vəziyyətdə olan binalar rəsmi olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qeydiyyata alınıb.
Onun sözlərinə görə, qəzalı vəziyyətdə olan binaların sayı yüzdən çoxdur.

Elnur Azadov
Daha ətraflı videoda:
Zaira Akifqızı
Globalinfo.az