ady 1 qatar

Xəbər verdiyimiz kimi, AzərbaycanGürcüstan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin mayın 26-dan etibarən bərpası barədə razılığa gəliblər.

Globalinfo.az xatırladır ki, Bakı–Tbilisi sərnişin qatarının hərəkəti 2020-ci ildən dayandırılmışdı. Bunun əsas səbəbi o dövrdə dünyada tüğyan edən COVID-19 pandemiyası idi.

2020-ci ilin mart ayında Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq olundu və ölkənin quru sərhədləri bağlandı. Bu qərar nəticəsində beynəlxalq avtobusqatar reysləri də dayandırıldı.

Bakı-Tbilisi qatarının bərpası sözügedən istiqamətdə 6 il sonra ilk olacaq.

Paylaş: