697031aae3b1e697031aae3b1f1768960418697031aae3b1c697031aae3b1d

“56-cı Davos İqtisadi Forumu bir sıra xüsusi məqamlarla yadda qaldı. Şübhəsiz ki, ən maraqla gözlənilən məqamlardan biri ABŞ Prezidenti Donald Trampın forumda çıxışı və burada səsləndirdiyi fikirlərdə dövlətləri seçim deyil, əslində, seçimsizlik qarşısında qoyması idi. Tramp Vaşinqtonun mövcud strateji xəttini olduqca aydın şəkildə bəyan etdi ki, Qrenlandiyaya iddiasından heç bir halda geri durmayacaq və əslində, ərazinin ABŞ-a verilməməsi kimi bir ehtimal da yoxdur”.

Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, dünya nizamı məhz belə bir reallıqda və seçimsizlik qarşısında inkişaf edirsə, həmin zəruri reallıqları imkanlara çevirmək daha da çətinləşir:

“Etiraf olunmalı, eyni zamanda qürur duyulmalı məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev zərurəti və reallıqları şansa, imkan və fürsətlərə çevirməyi bacarır. Bu istiqamətdə Azərbaycanın tutduğu yol olduqca praqmatik, realist və nəticəyönümlüdür. Dövlət başçımız bu baxımdan Davosda yenə də bildirdi ki, biz bütün addımlarımızı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq atmışıq.

Çünki Azərbaycan təzyiqlərin haradan və necə gələcəyini düzgün hesablamış və ölçüsünü də son dərəcə dəqiq müəyyənləşdirmişdi. Bu baxımdan Sülh Şurasına Azərbaycanın dəvət edilməsi və ölkəmizin buna müsbət cavab verməsi dünyanın siyasi reallıqları ilə səsləşir və uzlaşır. Vaşinqtonla Bakı arasında dərinləşdirilən münasibətlər son dərəcə zəruridir, zamanın tələbidir. İndiki məqamda bu cür də olmalıdır. Eyni zamanda bu münasibətlər hər iki tərəfin maraqlarına cavab verir və dünya nizamı nəzərə alınmaqla inkişaf edir. ABŞ ilə enerji, bağlantılar, süni intellekt, həmçinin müdafiə sənayesi üzrə münasibətlərimiz dərinləşdirilir.

WhatsApp Image 2024 05 29 at 15.39.33
Şəbnəm Həsənova

Politoloq bildirib ki, dövlət başçımız Davosda bir daha Avropa təsisatlarının Azərbaycana qarşı tutduğu ədalətsiz mövqeyi dilə gətirdi:

“Bu istiqamətdə çox paradoksal məqam nəzərə çarpır. Bir tərəfdən qitə bizdən enerji istəyir, digər tərəfdən isə nə ənənəvi, nə də bərpa olunan enerjiyə sərmayə qoymağa təşəbbüs göstərmirlər. Azərbaycan da təbii ki, bir tərəfdən asılı və yaxud da ətalətdə ola bilməz, yerində addımlaya da bilməz. Bu baxımdan Səudiyyə Ərəbistanı, Çin, ABŞ və Böyük Britaniya kimi dövlətlərin şirkətləri ilə münasibətlər sözügedən istiqamətlər üzrə dərinləşdirilir.

Bütövlükdə Davos İqtisadi Forumunda Prezident İlham Əliyevin çıxışı, müraciət etdiyi üslub, ritorikası və nitq intonasiyası zəfərimizlə səsləşir. Mövcud durum bir daha ondan xəbər verir ki, dövlət başçımız dünyanın qüdrətli liderləri arasında ön sıralarda dayanır. Azərbaycan Cənubi Qafqazın əsas aktorudur və təqdim etdiyimiz sülh gündəliyi regionun gələcəyini müəyyənləşdirir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: