Bakıdan Hindistan və Pakistana mesaj

681f7a1d28b45681f7a1d28b461746893341681f7a1d28b43681f7a1d28b44

Azərbaycan Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq. Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq”, – məlumatda deyilir.