irevan

İrəvanda yağan güclü yağış paytaxtı iflic vəziyyətinə salıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilib ki, yağış Ermənistanda nəqliyyatın hərəkətini dayandırıb, avtomobillər su altında qalıb.

Bununla bağlı foto və videolar paylaşan ermənilər yaranmış duruma görə, şəhərin meri Tiqran Avinyanı tənqid ediblər.

Nəşr İrəvanda kanalizasiya sisteminin demək olar, işlək vəziyyətdə olmadığını və bu məsələnin həllinin tapmadığını vurğulayıb.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: