Bakıdakı təhsil müəssisələrində istilik problemi yoxdur – Rəsmi

“Hazırda Bakıdakı təhsil müəssisələrində istilik təminatı ilə bağlı ciddi problem yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Bakı Şəhər üzrə Təhsil İdarəsinin Təminat, təchizat və təssərrüfat sektorunun müdiri Səccət Mahmudov jurnalistlərə açıqlamasında deyib.

“Ümumilikdə, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin 248-i mərkəzi qaydada, digər 428 isə fərdi qazanxana və qurğularla istiliklə təmin edilib”.