Bakıdakı erməni “məmur”un adamı tapıldı

30 il Qarabağda terror fəaliyyətləri ilə məşğul olan və daha sonra Ermənistana köçən separatçılar arasında parçalanma davam edir.

Globalinfo.az xəbər verir ki, artıq məhv olmuş separatçı rejimin saxta “deputat”ı Davir Kareni Baqdasaryan “mandat”ından imtina edib.

Hazırda Bakıda istintaq təcridxanasında olan oyuncaq “parlament sədri” Davit İşxanyanı əvəzləyən Qagik Baqunts bu barədə açıqlama yayıb.

Qeyd edək ki, artıq bir müddətdir Ermənistana köçən separatçılar arasında ciddi gərginliyin olduğu deyilir. Hətta D.İşxanyanı əvəz edən Q.Baquntsun bu məlumatı açıqlayana qədər yoxa çıxdığı bildirilirdi.

Ayşən Mustafa
Globalinfo.az