Bakıda avtobus minik maşınına çırpıldı – VİDEO

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, “BakuBus” MMC-yə məxsus 21 nömrəli sərnişin avtobusu 8 Noyabr prospektində minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib, nəqliyyatın hərəkəti çətinləşib.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.