Bakıda zəncirvari qəza: ölən və yaralananlar var – ADLAR / FOTOLAR – YENİLƏNDİ

Bakıda baş verən ağır qəzada 1 nəfrə ölüb 6-sı xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

 

 

Həmin şəxslərin adları aşağıdakı kimidir:

Əliyev Mürsəl İsmayıl oğlu (2002);

Aslanov Qismət Eyyub oğlu (1956);

Atakişiyev Nəsib Nəsib oğlu (1981);

Məmmədova Ofeliya İsmayıl qızı (2002);

Əlizadə Nicat Ramil oğlu (2001);

Əliyev Orxan İqbal oğlu.

Qəza nəticəsində ölən şəxs isə Yusifli Yusifdir.

***

24.02.2023  22:35

Paytaxtın Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat  hadisəsi olub, bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bu barədə Globalinfo.az-a Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib.

Hadisə bu gün saat 22:00 radələrində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

24.02.2023  21:55

Bakıda zəncirvari yol qəzası olub, ölən və yaralananlar var.

Globalinfo.az  xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Məlumata görə, hadisə zamanı bir neçə minik avtomobili toqquşub.

Hadisə yerinə FHN-in xilasediciləri və təcili tibbi yardım briqdası cəlb olunub.

Zaira Akifqızı

Globalinfo.az