Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq oldu – VİDEO


Zəfər Günü ilə bağlı atəşfəşanlıq olub.

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə keçirilən bayram konserti atəşfəşanlıqla davam etdirilib.

Bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.

***19:22

Bakıda Zəfər Günü ilə bağlı bayram konserti başlayıb.

Globalinfo.az xəbər verir ki, bayram konserti Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin qarşısında keçirilir.

Konsertin ardınca atəşfəşanlıq təşkil olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.