1649312743 1649312308.1641134365 truck fire 230218

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Ford” markalı yük avtomobilində yanğın baş verdiyi məlum olub.

Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

Paylaş: