maria mercedes jaramillo secretaria distrital de planeacion 1 0

“Bəzi problemlərin həlli metodunun Bakıda işləməsi mümkündür, amma eyni yanaşma Boqota üçün uyğun olmaya bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Boqotanın sabiq planlaşdırma katibi Mariyan Mersedes Xaramiyo WUF13 çərçivəsində keçirilən “Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı” tədbirində deyib.

O, Bakıda yeraltı piyada keçidlərindən istifadə zamanı özünü daha təhlükəsiz hiss etdiyini vurğulayaraq, Boqotada bu imkanların olmadığını bildirib.

Xaramiyo qadınların bir-birinə dəstək olduğu birgəyaşayış modellərinin vacibliyini də diqqətə çatdırıb:

“Bir qadın digər qadının uşaqlarına baxa bilər. Bu təcrübə bir çox ölkədə uğurla tətbiq olunur”.

Sabiq katib qeyd edib ki, Boqotada məşğulluq, təhsil və şəhərsalma məsələləri birlikdə planlaşdırılır və nəqliyyat sistemi əsas prioritetlərdən biridir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: