y 06

Bakıda pasiyentin mədəsindən yad cisim çıxarılıb.

Globalinfo.az bildirir ki, yeniyetmənin valideynləri övladının səhhətində yaranan narahatlıqla bağlı poliklinikaya müraciət edib.

Aparılan müayinələr zamanı uşağın mədəsində yad cismin (mismar) olduğu üzə çıxıb.

Həkim-qastroenteroloq tərəfindən həyata keçirilən endoskopik müdaxilə zamanı yad cisim mədədən təhlükəsiz şəkildə çıxarılıb. Prosedur uğurla başa çatıb, pasiyentin vəziyyəti stabildir.

Bakıda yeniyetmənin mədəsindən mismar çıxarılıb

Paylaş: