VACİB XƏBƏRLƏR

Bakıda tonqala baxan yeniyetmə eyvandan yıxılıb öldü – TƏFƏRRÜAT / FOTO

Hadisə
8KTrT7ea7aexgrpIkrrVBJaDixbnM5OOO3AzuS5Z 1200

Bakıda 13 yaşlı oğlan binadan yıxılaraq ölüb.

Globalinfo.az-ın Teleqraf-a istinadən xəbərinə görə, hadisə martın 11-də axşam saatlarında paytaxtın Xətai rayonu, Babək prospekti 70 ünvanında baş verib.

2012-ci ilə təvəllüdlü Hüseyn Ələkbərli yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Mərhumun babası Ədalət Tanrıverdiyev Teleqraf-a açıqlamasında bildirib ki, hadisə baş verən gün nəvəsi oruc tutubmuş: “Hüseyn gün ərzində baş gicəllənməsindən şikayət edirdi. Neçə dəfə dedik ki, orucunu aç, razı olmadı. Axşam iftarını açdı, amma yemək yemədi, yalnız su içdi”.

H.Ələkbərli daha sonra eyvana çıxıb, Yel çərşənbəsinə görə həyətdə qalanan tonqala baxıb. Bu zaman eyvandan yıxılıb. Hadisədən ilk olaraq onun altı yaşlı bacısı xəbər tutub.

Hüseyn Bakı şəhəri Nizami rayonu 62 nömrəli məktəb-liseyin VII sinfində təhsil alırmış. O, əlaçıymış.

Faktla bağlı araşdırma aparılır.

e306867a 6415 4d59 9a46 b14bd7447d0d

***

Bakıda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə martın 11-i saat 20 radələrində Xətai rayonu, Babək prospekti, ev 70, mənzil 94-də qeydə alınıb.

Belə ki, 2012-ci il təvəllüdlü Hüseyn Emil oğlu Ələkbərli yaşadığı 14 mərtəbəli binanın 7-ci mərtəbəsindəki evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən çox oxunan xəbərlər

Rubrika

Bizi izləyin

Xəbər axtarın
Axtarış