6a5678b5a0a1d6a5678b5a0a1e17840518936a5678b5a0a1b6a5678b5a0a1c

Bakıda daha bir marşrut avtobusu yanıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib.

Belə ki, “BakuBus”a məxsus, 125 nömrəli xətt üzrə hərəkət edən avtobus “Binə” ticarət mərkəzinin qarşısında qəfil tüstüləməyə başlayıb.

Görülən operativ tədbirlər nəticəsində yanğının miqyasının genişlənməsinin qarşısı dərhal alınıb.

Qeyd edək ki, havaların isinməsi ilə əlaqədar nəqliyyat vasitələrində yanğın hallarının sayı artıb. 8 gün öncə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobus alışmışdı.

Paylaş: