Bakıda yataqxanada yanğın oldu

Bakı şəhərinin Sabunçu rayonunda yanğın hadisəsi olub.

FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.