fhn yangin

Bakıda yaşayış evindəki yanğının təfərrüatı məlum olub.

Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az -averilən məlumata görə, N.Nərimanov rayonu, F.X.Xoyski küçəsində yanğın baş verməsi barədə quruma məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının altımərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, habelə qonşu mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kvadratmetr olan birotaqlı mənzilin yanar konstruksiyaları 16m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastik qapısı və 2 p.m. plastik boru əriyib, bir nəfər vətəndaş tüstüdən yüngül zəhərlənib.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış operativ araşdırmalarla yanğının saçqurudan fenin elektrik şəbəkəsinə qoşulu qoyularaq nəzarətsiz qalması nəticəsində baş verdiyi ehtimal edilir.

***

Bakıda mənzildə baş verən yanğın söndürülüb.

Globalinfo.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində mənzildə baş vermiş yanğın Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Globalinfo.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 3 ünvanında qeydə alınıb.

Bildirilib ki, hadisəyə ev sahibinin ehtiyatsızlığı səbəb olub.

Məlumata görə, azyaşlı övladı ilə evdə olan ana uşağın paltarını ütülədikdən sonra, ütünü yatağa qoyub. Qadın qəfil başlayan yanğının qarşısını ala bilməyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb edilib. FHN-nin əməkdaşları yanğına müdaxilə edib. Qadın uşağı ilə birlikdə yanan evdən çıxarılıb.

Turan Rzayev
Globalinfo.az

Paylaş: