Bakıda yaşayış binasında yanğın oldu: 10 nəfər…

Bakının Binəqədi rayonunda dördmərtəbəli yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan 1 ədəd televizor, 1 ədəd kondisioner, otağın qapı və pəncərə çərçivəsi qismən qarsalanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər (onlardan 5-i uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.