Bakıda yaşayış binasında yanğın baş verdi

Bakıda çoxmərtəbəli binada yanğın olub.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 2 p.m, 1 ədəd aspirator və 1 ədəd qaz sobası yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.