ygh

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 2 hektar sahədə kol-kos və taxta tullantıları yanıb.

    Ətraf ərazilər, o cümlədən ağaclıq sahə yanğından mühafizə olunub.

    X X X

    Paytaxtın Nizami rayonu ərazisində quru otluq sahədə yanğın başlayıb.

    Globalinfo.az bildirir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

    Paylaş: