MyCollages 13

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeli qurumları, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə Globalinfo.az-a ADSEA-dan məlumat verilib.

Qeyd olunub ki, iri şəhərlərin xidməti ərazisində yağış sularının idarə olunmasına Operativ qərargah tərəfindən nəzarət edilir.

“955 Çağırı Mərkəzinə, elektron və sosial şəbəkə hesablarına, ictimaiyyətlə əlaqə telefonlarına daxil olan məlumatlar, o cümlədən həssas ərazilərdəki vəziyyətə dair informasiya Operativ Qərargah vasitəsilə Coğrafi İdarəetmə Sistemləri (CİS) üzərindən idarə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometrologiya Xidmətinin məlumatına görə hazırda BakıAbşeron yarımadasına yağan intensiv xarakterli yağıntının miqdarı 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440 faizini ( təxminən (dörd dəfədən çox) təşkil edir.

Bütün sukanal idarələrində intensiv yağışlarla bağlı növbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilib, xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunur. Proseslərə müxtəlif funksiyaya malik texniklar da cəlb edilib. Ərazilərin yağış sularından təmizlənməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətdə intensiv fəaliyyət icra olunur”, – məlumatda bildirilir.

***14:44

Məlum olduğu kimi, hazırda ölkə ərazisində yağışlı hava hökm sürür.

Globalinfo.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir ki, paytaxt Bakıda Arif Heydərov küçəsi ilə Mayakovskiy küçələrinin kəsişməsindəki ərazi yağış sularından təmizlənir.

Həmçinin Dərnəgül şossesi, “Eurohome”un qarşısı da yağış sularından təmizlənir.

51a0b8a8 b607 4a06 b8ab 1e8e9748605b 374940c8 5447 47d8 81a7 7e2907d868c5

Paylaş: