Bakıda “WhatsApp” “status”una görə qardaş bacısını bıçaqladı – VİDEO

Bakının Sabunçu rayonunda qardaş bacısını bıçaqlayıb.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, hadisə Komsomol dairəsi kimi tanınan ərazidə baş verib.

Belə ki, Asəf Əsədullayev küçəsində 1986-ci il təvəllüdlü Əhmədova Şəhanə Mərdan qızı həyat yoldaşı ilə birgə evə gələrkən qardaşı onları qarşılayıb.

Ş.Əhmədovanın qardaşı bıçaqla onun kürəyinə iki bıçaq zərbəsi vurub.

Əri mübahisənin qarşısını almaq istəyərkən Ş.Əhmədovanın qardaşı bildirib ki, o “WhatsApp” “status”unda (hekayə bölməsi) paylaşım etdiyinə görə bu əməli törədib.

Qadın 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hələlik statusunun nədən ibarət olduğu bilinmir.

Faktla bağlı araşdırma aparılır.