Bakıda uşaq evindən qaçan qızın son durumu

16 yaşlı qızın intihara cəhd etməsinin səbəbi bəlli olub.

Globalinfo.az-ın xəbərinə görə, Oxu.Az-a 3 saylı uşaq evindən bildirilib ki, hazırda qızın vəziyyəti yaxşıdır:

“Qız qollarını doğramayıb. Bir qədər özünə xəsarət yetirib, qolunun dərisi cızılıb. Həkimlər ilkin tibbi yardım göstəriblər. Hazırda onun səhhəti yaxşıdır.

O, dava etməyib. Sadəcə olaraq rəfiqəsinin atasının yanına getməsini istəməyib deyə, aralarında söz-söhbət yaranıb. Hazırda hər şey yaxşıdır, qız uşaq evindədir”.