Bakıda uşaq evindən 18 yaşlı qız itkin düşdü

Bakıda uşaq evinin himayəsində yaşayan gənc qız itkin düşüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyunun 22-də Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Səadət Mehdiyeva həmin gün saat 16 radələrindı yaşadığı uşaq evindən yoldaşları ilə görüşmək adı ilə çıxıb və geri qayıtmayıb.

Hadisə ilə bağlı Xətai RPİ-nin 34-cü Polis Bölməsində araşdırma aparılır.