Istanbul LRT metroleger M1

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O bildirib ki, hazırda platformanın tikintisi yekunlaşmaq üzrədir, son mərhələdir:

“Platformanın tikintisi başa çatandan sonra digər işlərə başlanacaq. Stansiya 2028-ci ildə istifadəyə veriləcək”.

Xatırladaq ki, yeni yerüstü stansiya metronun “yaşıl” xəttinin “Dərnəgül” deposunda yerləşir.

Qeyd edək ki, hazırda Bakıda “Bakmil” və “Xocəsən” yerüstü metro stansiyaları fəaliyyət göstərir.

Paylaş: