Bakı şəhərinin Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan bir otaqlı mənzildə 1 ədəd çarpayı, 1 ədəd yataq dəsti və döşəmə 5 m² sahədə yanıb.
Gloabinfo.az xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.