Farizx Ehmedov

“Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel şəkildə “Koroğlu” metro stansiyasına qədər uzanacaq yeni avtomobil yolunun tikintisi üzrə işlərin yarısı yekunlaşıb”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyəti sədrinin institusional inkişaf məsələləri üzrə müşaviri Fariz Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Bakı Baş Planı – Yeni İnkişaf Dövrünə” mövzusunda sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, layihə çərçivəsində 4 tunelin, yeraltı piyada keçidinin və şəhərin şərq-qərb istiqamətində alternativ nəqliyyat əlaqələrini təmin edəcək fasiləsiz hərəkət həllərinin inşası nəzərdə tutulur:

“Yeni yol layihəsi Heydər Əliyev və Ziya Bünyadov prospektlərindəki nəqliyyat sıxlığının azaldılmasına, həmçinin paytaxtın müxtəlif hissələri arasında mobillik balansının yaxşılaşdırılmasına xidmət edəcək”.

Müşavir qeyd edib ki, strateji əhəmiyyət daşıyan əsas layihələrdən biri də Bilgəh-Novxanı-Pirşağı-Sumqayıt avtomobil yoludur:

“Bu yol M1 BakıQuba magistralını M4 BakıŞamaxı magistralı ilə birləşdirəcək və regional nəqliyyatın şəhər mərkəzinə daxil olmadan hərəkətinə şərait yaradacaq”.

Ləman İmran
Globalinfo.az

Paylaş: